"Qalatasaray"da möhkəmlənə bilməyərək "Malaqa"nın heyətinə cəlb olunan Nordin Amrabatın Əndəlus klubuyla da yolları ayrılmaq üzrədir. "Malaqa"nın sahibi Şeyx Abdullah Əl Tani mərakeşli futbolçunun yanvarın sonuna qədər komandanı tərk edəcəyini təsdiqləyib. O, tvitter səhifəsində yarımmüdafiəçinin özünün Premyer Liqada oynamaq istədiyini və "Malaqa"dan buraxılmasını xahiş etdiyini açıqlayıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Amrabatla "Vatford" ciddi maraqlanır və onun müqaviləsində göstərilən 8.8 milyon avroluq buraxılş qiymətini ödəməyə razıdır.
Amrabat 2014-cü ilin yayında icarə əsasında "Malaqa"ya gəlmiş və 31 oyunda 6 qol vurmuşdu. Ötən ilin aprelində isə Əndəlus klubu onun transfer hüquqlarına tam sahib çıxmışdı. Bu mövsüm dizindəki zədəyə görə mərakeşli futbolçu stabil olaraq meydana çıxa bilmir.
Milli.Az