İqtisadiyyat Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

İqtisadiyyat Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
16:23 16 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 20 Yanvar faciəsi barədə məlumat verilib, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyi bir daha diqqətə çatdırılıb. Qeyd edilib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə xalqımızı daha da birləşdirib, mübarizliyini artırıb. Vurğulanıb ki, Ümummilli Liderimizin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Ulu Öndərimizin siyasi kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir. Xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi azərbaycansevərlərin qəlbində daim yaşayacaq.
Sonra 20 Yanvar faciəsinə həsr olunmuş "Müqəddəs məkan" filmi nümayiş olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisadiyyat_Nazirliyinde_20_Yanvar_sehidlerinin_xatiresi_yad_edilib-919057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR