Dünyanın ən zənginləri 305 milyard dollar itirdilər

Dünyanın ən zənginləri 305 milyard dollar itirdilər
16:51 16 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ilin ilk günləri milyarderlər üçün heç də düşərli olmayıb.

ANS PRESS-in qərb agentliklərinə istinadən verdiyi məlumata görə yeni ilin ilk 2 həftəsində dünyanın ən zəngin 400 adamı , nə az nə çox, düz 305 milyard dollar vəsait itirib. Təkcə bu həftə ərzində dünyanın ən varlı adamları 115 milyard dollardan çox vəsaitdən məhrum olublar.

Bu itkiyə səbəb isə Asiya, Amerika və Avropa fond birjalarındakı gerilik,eyni zamanda neftin kəskin ucuzlaşmasıdır.

Yanvarın 1-dən bu günə qədər ən böyük maliyyə itkisinə Amazon.com onlayn-satış saytının təsisçisi Ceff Bezos uğrayıb. Onun şirkətinin səhmləri 3,85% ucuzlaşdığı üçün milyarder 8,9 milyard dollar həcmində vəsait itirib.


Ceff Bezos-"Amazon.com onlayn-satış" saytının təsisçisi


Digər bir milyarder Bill Geyts isə 2016-cı ilin ilk günlərindən bu günə kimi 6,8 milyard dollar maliyyə itkisi ilə üzləşib.


Bill Geyts- "Microsoft" şirkətinin yaradıcısı

Zəngin çinli biznesmen Van Çzyanlinin gəlirləri isə14 gündə 6,4 milyard dollar geriləyib.

Son iki həftədə itirənlərlə yanaşı qazananlar da olub. Belə ki 400 ən zəngin biznesmendən yalnız 9 -u sərvətini artıra bilib. Onlar arasında ən uğurlusu Reliance İndustries Ltd. şirkətinin hindistanlı sahibi Mukeş Amabni olub. 2016-cı ildə o, 620 milyon dollar varlanıb.


Mukeş Amabni- "Reliance İndustries Ltd." şirkətinin sahibi

Bloomberg agentliyi dünyanın ən zəngin 400 biznesmeninin ümumi sərvətini 3,6 trilyon dollar səviyyəsində qiymətləndirir. Halbuki, 2015-ci ilin mayında bu göstərici rekord 4,3 trilyon dollar idi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR