Alim Qasımov Lissabonda konsert proqramı ilə çıxış edəcək

Alim Qasımov Lissabonda konsert proqramı ilə çıxış edəcək
17:03 16 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+


Lissabon, 16 yanvar, AZƏRTAC
Yanvarın 17-də Lissabonun "Grande Auditório da Gulbenkian" səhnəsində Azərbaycanın Xalq Artisti Alim Qasımov və qızı Fərqanə Qasımova konsert proqramı ilə çıxış edəcək.
Portuqaliya mətbuatı bu konsertə böyük diqqət ayırıb. Bir çox portallarda konsert haqqında anonslar verilib. "Odlan yurdundan, məhəbbət və ehtirasla" adlı məqalədə qeyd olunur ki, Alim Qasımov və Fərqanə Qasımova dünyanın ən yaxşı muğam ifaçılarındandır. Yazıda muğam Azərbaycan mədəniyyətinin incisi kimi təqdim olunur və bu sənət növü haqqında ətraflı məlumat verilir.
Məqaləyə həm də portuqal dilində subtitrləri olan video da əlavə olunub. Videoda Alim Qasımovun muğam sənəti haqqında fikirləri, həmçinin sənətkar və qızının ifalarından parçalar yer alıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR