“Günəşli” yatağında ekoloji monitorinqlər davam etdirilir

“Günəşli” yatağında ekoloji monitorinqlər davam etdirilir
17:23 16 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Paytaxtın atmosfer havasının çirklənməsinin öyrənilməsinə dair fasiləsiz monitorinqin keçirilməsi məqsədilə üçüncü nəsil avtomatik stansiyalar kompleksinin və radiasiya, səs-küy, vibrasiya, toz və qazların miqdarının ölçülməsi məqsədi ilə 6 ədəd avtomatik portativ cihazın alınaraq qurulması istiqamətində işlər aparılır.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, ötən il ətraf mühitin monitorinqi istiqamətində atmosfer havası, yağıntılar, səth suları, torpaq və radiasiya fonu üzrə ümumilikdə 98 min 108 nümunə üzərində 125 min 435 analiz edilib.
Xəzər dənizinin Azərbaycan sektorunda 4 min 775 nümunə üzərində 52 min 685 analitik, ekotoksikoloji və mikrobioloji təhlil aparılıb. “Günəşli” yatağında baş vermiş qəza nəticəsində dəniz ətraf mühitində yarana biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə həmin ərazidə monitorinqlər keçirilib və hazırda bu işlər davam etdirilir. Aparılan təhlillərin nəticəsinə görə dəniz ekosisteminə əhəmiyyətli mənfi təsir aşkar edilməyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yataginda_ekoloji_monitorinqler_davam_etdirilir-919092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR