Yaxın gələcəkdə supermarketlərdə kassirlər olmayacaq

Yaxın gələcəkdə supermarketlərdə kassirlər olmayacaq
19:03 16 Yanvar 2016
54 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Amerikanın "Diebold" bankomat istehsalçısı alıcıların kassa xidməti sahəsində yenilik tətbiq edib.
AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, şirkət bütün ticarət məkanlarında fəaliyyət göstərəcək özünəxidmət kassalarının yeni konsepsiyasını təqdim edib. Bundan sonra alıcılar aldıqları məhsulun ştrix-kodlarını özləri skan edəcəklər. "Diebold" kassaları təmassız NFC-ödənişlərini dəstəkləyir. Ödəmə aparmaq üçün smartfonu terminala yaxınlaşdırmaq kifayətdir. Əlavədə, həmçinin bonuslar toplamaq mümkündür. Şirkət gələn həftə Nyu-Yorkda "NRF Big Show" sərgisində yeni qurğusunu nümayiş etdirəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR