Bakının Yasamal rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, yanvarın 16-da Yasamal rayonunda yaşayan Fəridə Qurbanova, oğlu Həmid və Günay Məmmədova mənzillərində dəm qazından zəhərləniblər. F.Qurbanova evdə ölüb, Həmid və G.Məmmədova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az