Bakı, 18 yanvar, AZƏRTAC
“Mancester Yunayted” futbol klubunun hücumçusu Ueyn Runi karyerasında rekorda imza atıb.
AZƏRTAC “Foxsport” saytına istinadla xəbər verir ki, forvard eyni komandanın formasını geyməklə İngiltərə Premyer Liqasında vurduğu qolların sayını rekorda çatdırıb. Runi ötən gün ölkə çempionatında oynanılan “Liverpul”–“Mançester Yunayted” qarşılaşmasının sonlarında vurduğu qolla komandasına qələbə qazandırıb.
“Mançester Yunayted”in heyətində 176-cı qolun müəllifi olan hücumçu vaxtı ilə “Arsenal”da forma geymiş fransalı forvard Tyerri Anrini qabaqlayıb. Sonuncu İngiltərə Premyer Liqasında 175 qolun sahibi olub.