[ 12 Fevral 2015 11:42 ]
Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun 2014-cü ilin 16 dekabr tarixində Pakistanda törədilmiş terror hücumları ilə əlaqədar ünvanlandığı başsağlığı məktubuna cavab olaraq Pakistan baş nazirinin xarici işlər və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Sartaj Əziz təşəkkür məktubu göndərib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda S. Əziz bu çətin zamanda qardaş Azərbaycanın göstərdiyi dəstək və həmrəyliyin məlum hadisələr zamanı həlak olanların ailələri ilə Pakistan xalqı üçün güc və təsəlli mənbəyi olduğunu qeyd edib.
Məktubda terror aktı zamanı həlak olanların yaxınlarına və yaralananlara Azərbaycanın yardım təklifinin yüksək qiymətləndirildiyi, hər iki xalqın ehtiyac duyulan anlarda bir-birinin yanında olduqlarına əminlik ifadə edilib.