Bakı, 12 fevral, AzərTAc
Son illər yenilənən və inkişaf edən paytaxt Bakı şəhəri bu dəfə də nüfuzlu turizm saytı olan www.ucityguides.com tərəfindən turistlər üçün cəlbedici məkan kimi qiymətləndirilib.
AzərTAc xəbər verir ki, məqalədə 2015-ci ildə ziyarət edilməli olan 15 şəhər siyahısında Bakı şəhəri də yer alıb. Bakının ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi, Dünya İrsi siyahısında olan İçərişəhər və müasir Alov qüllələri barədə məlumatların yer aldığı yazıda paytaxtımızı ziyarət etmək istəyənləri burada biri-birindən maraqlı tarixi və müasir məkanların gözlədiyi qeyd olunub.
Məqaləni aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz:
http://www.ucityguides.com/cities/where-to-go-in-2015.html
Bakı növbəti dəfə turistlər üçün cəlbedici məkan kimi qiymətləndirilib
Bakı növbəti dəfə turistlər üçün cəlbedici məkan kimi qiymətləndirilib