Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycanlı rəssam Mehriban Əfəndi “Beynəlxalq sürrealizm bu gün” mövzusunda sərgidə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, sərgi yanvarın sonunda Amerikanın Missisipi ştatında açılacaq. Fevralın sonunadək davam edəcək builki sərgiyə 30 ölkədən 50 rəssam qatılacaq.
Mehriban Əfəndi ilk dəfə “Beynəlxalq sürrealizm bu gün” hərəkatına 2010-cu ildə Portuqaliya rəssamı Santiaqo Riberonun dəvəti və Bissaya Barreto Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində qatılıb. Layihə Salvador Dalidən sonra dünyada yaşayıb-yaradan professional sürrealist rəssamların üzə çıxarılaraq bir araya gətirilməsi və daimi olaraq onların sərgilərini keçirmək məqsədini daşıyır. Həmin il sərgidə 31 ölkədən 56 rəssam iştirak edib.
Azərbaycanlı rəssamın əsərləri ABŞ-da
Azərbaycanlı rəssamın əsərləri ABŞ-da