"O səs Türkiyə" yarışında çıxış edən azərbaycanlı müğənni Zemfira İbrahimova dəvət olunduğu toyda xoşagəlməz halla qarşılaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Ondan sonra" verilişində qonaq olan ifaçı bildirib ki, iştirak etdiyi el şənliyində adını açıqlamaq istəmədiyi həmkarı mikrofonu ona verməyib:

"Böyük sənətkarımız mənə mikrofonu vermədi. İndi onun adını çəksəm, mənim üçün ayıb olar. Məni restoranların birinə yarım saatlıq dəvət etmişdilər. Həmin məkanda çıxışım olmalı idi. Amma zala daxil olan zaman illərin sənətkarı mikrofonu cibinə qoydu, çıxıb getdi. Bir sözlə, mikrofonu mənə vermədi. Hətta ev yiyəsi gəldi, həmin müğənnini axtardılar, tapmadılar. Məcbur olub, "şnur"la olan mikrofonla oxudum. İfamı bitirəndən sonra həmin müğənni zala daxil oldu. Amma elələrindən savayı, yaxşıları da var. Məsələn, əməkdar artist Baloğlan Əşrəfov hər zaman idarə etdiyi toylarda ifa etməyim üçün yaxşı şərait yaradır".

Qeyd edək ki, Z. İbrahimova "O səs Türkiyə" yarışındakı çıxışı ilə münsiflərin rəğbətini qazanmışdı. Lakin o, növbəti tura keçə bilmədi.

Milli.Az