İlin ən yaxşıları seçildi

İlin ən yaxşıları seçildi
20:42 30 Dekabr 2014
175 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur “World Soccer” jurnalı 2014-cü ilin ən yaxşı 10 futbolçusunun adını açıqlayıb.

Qol.az-ın məlumatına görə, 100-dən çox idman jurnalistinin qatıldığı səsvermədə birinci Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştianu Ronaldu olub.  O, 928 səs toplayıb. Manuel Noyer (Almaniya, "Bavariya") ikinci, Lionel Messi (Argentina, "Barselona") üçüncü pillədə qərarlaşıb.

Səsvermə zamanı ən çox səs toplayan 10 futbolçu aşağıda adları qeyd olunanlardır:

1. Kriştianu Ronaldu (Portuqaliya, "Real") - 928 səs
2. Manuel Noyer (Almaniya, "Bavariya") - 789 səs
3. Lionel Messi (Argentina, "Barselona") - 593 səs
4. Aryen Robben (Hollandiya, "Bavariya") - 458 səs
5. Tomas Müller (Almaniya, "Bavariya") - 354 səs
6. Filipp Lam (Almaniya, "Bavariya") - 264 səs
7. Xames Rodriges (Kolumbiya, "Real") - 243 səs
8. Luis Suares (Uruqvay, "Barselona") - 218 səs
9. Anxel di Mariya (Argentina, "Mançester Yunayted") - 183 səs
10. Toni Kroos (Almaniya, "Real") - 168 səs

Apasport.az-ın məlumatına görə, ən yaxşı baş məşqçi adına Almaniyanın baş məşqçisi Yoahim Löv layiq görülüb – 45 xal. Dieqo Simeone (“Atletiko”) 33, Karlo Ançelotti (“Real”) 15 xal toplaya bilib.
 
Almaniya millisi 2014-cü ilin komandası olub – 65 xal.

İspaniya klubları “Real” 23, “Atletiko” 11 xalla “üçlüy”ə düşüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR