Müğənni Nura Suri aparıcılara sərt ismarış göndərib.

Axşam.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə böhran zamanı müğənniləri hədəfə alan aparıcıları qınayıb:

“Ölkəmizdə hamının problemi müğənnilərlədir. Dünyadakı böhranın səbəbi də Azərbaycan müğənniləridir. Hamı mələkdir, safdır, təmizdir, bircə müğənnilərdən başqa... Müğənnilərin dərdi-bəlası sizə gəlsin! Aparıcıların canına nə düşüb bilmirəm. Başqa mövzu tapa bilmirlər? Nə qədər olar axı?”.