ABŞ-da Rusiyanın beş fəxri konsulluğu bağlanıb. ANS PRESS-in məlumatına görə, Amerika hakimiyyəti bunu Moskvanın öz diplomatlarına qarşı hərəkətlərinə görə cavab adlandırıb.

Rusiyanın Amerika diplomatlarının işinə müdaxiləsinə cavab olaraq bu ölkədəki beş fəxri konsulluğunun akkreditasiyası ləğv edilib.Rusiyanın Kaliforniya, Yuta, Minnesota, Florida və Puerto-Rikodakı beş fəxri konsulluğu bağlanıb.

Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya diplomatik nümayəndəliklərinin işçilərinə qarşı provokasiyalar haqqında bildirib. XİN-nin rəsmisi Mariya Zaxarova ABŞ vətəndaşları olan fəxri konsullara qarşı Amerika hakimiyyəti tərəfindən cinayət işinin açıla biləcəyini qeyd edib.

“Rusiya səfirliyi ABŞ hakimiyyətindən altı fəxri Rusiya konsulluğundan beşini bağlamaq ehtiyacı haqqında rəsmi xəbərdarlıq alıb”, - deyə Rusiya səfirliyinin mətbuat katibi Yuri Melnik bildirib.

Fəxri konsulların vəzifələrini ABŞ vətəndaşları icra edirdi. Onlardan akkreditasiyalar geri alınıb. Yalnız Koloradoda fəxri konsul statusu saxlanılıb. "Biz indi baxırıq ki, daha sonra praktik cavab planda nə etmək olar", - Melnik qeyd edib.

ABŞ Rusiyanın 5 konsulluğunu bağladı
Mariya Zaxarova

ABŞ Rusiyanın 5 konsulluğunu bağladı

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-da Rusiyanın beş fəxri konsulunun bağlanmasını hiddətli cavabla ifadə edib. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, "Amerika xüsusi xidmət orqanları Rusiya diplomatik nümayəndəliklərinin işçilərinə qarşı provokasiyaları durdurmur, həm də yalnız ABŞ-da deyil". Onun sözlərinə görə, geri alınan konsulları "cinayət təqibiylə hədələyirlər".

ABŞ Rusiyanın 5 konsulluğunu bağladı
Mark Toner

Öz novbəsində ABŞ Dövlət Departamenti bu barədə açıqlama verib. "Bu addımlar bizim əməkdaşlarımızın Rusiyada izlənməsinə, Moskvadakı Amerika mərkəzinin və ABŞ-ın Rusiya ərazisindəki 28 obyektinin bağlanmasına cavab olaraq atılıb", - deyə idarənin rəsmisi Mark Toner ABŞ hökumətinin addımını şərh edib.

ABŞ Rusiyanın 5 konsulluğunu bağladı
ABŞ xəritədə