Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) ötən il ən aktual olan 10 elektron xidmətinin adları məlum olub.

RYTN-in Məlumat Hesablama Mərkəzindən “ICTnews” Elektron Xəbər Xidmətinə verilən məlumata görə, nazirliyin ən çox istifadə edilən xidmətləri arasında ilk üçlükdə “Telefon nömrəsi üzrə axtarış” (829785), “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” (730384) və “Mobil cihazların qeydiyyatdan keçirilməsi” (556181) xidmətləri qərarlaşıb.

Sonrakı mövqelərdə “Mobil cihazların IMEI kodunun yoxlanılması” (498357), “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” (244115), “AzDataCom internet xidmətinə qoşulma üçün sifariş” (46161), “Poçt göndərişlərinin izlənilməsi” (7238), “Əvvəlki aylar ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc (FİN-ə görə)” (5528), “Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat” (4920) və “Yeni telefon çəkilişi” (4310) e-xidmətləri yer alıb.

Ötən il RYTN-in adıçəkilən e-xidmətlərindən ümumi istifadə sayı 2,926,979 dəfə olub.

CAHANGİR