Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin onlarla" verilişində Eltona prodüser Toma ilə ailə qurmağı onun məsləhət gördüyünü bildirib.
“Oturduq danışdıq, məsləhət gördüm ki, yaxşı oğlandır, səmimidir. Seçimini et və ailə qur. Elton indiki kimi məşhur insan deyildi. Biz ailəvi dost idik. Ailə qurmaq fikri var idi. Toma ilə rəfiqə idim. Onlara məsləhət verənlərdən biri də mən olmuşdum. İndi iki övladları var”.
Nura indi Eltonun ondan incidiyini də etiraf edib:
“Gözlərim pis görür. Nə eynək, nə də linza taxa bilirəm. Bir yerdə onu görməmişəm deyə, salam verməmişəm. Bunu bilərəkdən etməmişdim".