Axşam.az-ın məlumatına görə, sənətçi “Bir sevgi tarixçəsi” verilişində bəzi məqamlara toxunub:
“Bu gün qız ərə vermək, oğlan evləndirmək çox böyük problemdir. Mənim və oğlumun istədiyi kimi qız yoxdur. Kimin adın çəkirəm deyir ki, "İnternetə şəkil qoyur, “Whatsapp”a şəklini yerləşdirib”. İnternetdə danışıb, ərə getmək mənə çatmır".
M.Ağayev qızların məclislərdə qısa geyiminə də münasibət bildirib:
"Ərinin qoluna girib, içəri daxil olur. Kimin qızı olsan da, nə qədər tərbiyəli olsan da, içəri girəndə geyiminlə kim olduğunu göstərdin. Yanındakı əri də boylu-buxunlu kişidir. Bunu yanına salanda bilmirsən necə aparırsan? Hamı sənin arvadına dönüb baxacaq. Bəlkə, mən kənddə böyümüşəm, mənə çatmır. İnanıram ki, normal ailələr də mənim sözlərimi təsdiqləyər".