E.Babayev eyni zamanda bu il ərzində Fondun görəcəyi layihələrdən də söz açıb: "Bu il də ənənəvi olaraq qrant maliyyələşdirilməsini həyata keçirəcəyik. Son zamanlar əsasən kompleks elmi-tədqiqat proqramları üzrə layihələri dəstəkləməyə başlamışıq. Bundan başqa, bu il gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi keçiriləcək. Digər dövlət proqramları çərçivəsində lazım olacaq layihələri də icra etməyə hazırıq".
O əlavə edib ki, ölkədə müşahidə olunan iqtisadi böhrana baxmayaraq, qrant layihələrinə ayrılan vəsaitlərin həcmində heç bir azalma nəzərdə tutulmayıb.