Bakı, 25 yanvar, AZƏRTAC
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 2013-2015-ci illər ərzində görülən işlərə dair hesabat yığıncağı keçirib.
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, yığıncaqda qurumun icraçı direktoru Ayaz Hüseynov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, səhiyyə nazirinin göstərişi ilə 63 rayonda irsi qan xəstəlikləri üzrə kabinetlər yaradılıb. Quba, Şəki, Gəncə, Şirvan, Lənkəran və Mingəçevirdə hemofiliya xəstələri haqqında məlumatların toplanması məqsədi ilə informasiya mərkəzləri fəaliyyət göstərir. Azərbaycanın 44 rayon və şəhərlərində tibb işçiləri üçün seminarlar keçirilib.
Toplantıda çıxış edən Assosiasiyanın üzvləri hemofiliyalı xəstələrə göstərilən qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər.