Bakı, 25 yanvar, AZƏRTAC
“Bakcell” şirkətinin Xəzər İntellektual Gənclər Klubu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “ƏlfəCIN” intellektual layihəsinin ötən il üzrə fəaliyyətinə yekun vurulub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaq olub.
“ƏlfəCIN” layihəsindən son bir ildə Azərbaycanın 18 regionu daxil olmaqla ümumilikdə 12 minə yaxın yeniyetmə və gənc faydalanıb. Layihə çərçivəsində intellektual oyunlar üzrə 15-dən çox turnir təşkil olunub. “ƏlfəCIN” layihəsi biznes, dövlət və ictimai sektorun birgə səyləri nəticəsində geniş kütləyə çatdırılıb və gənclərin maarifləndirilməsində önəmli sosial hadisəyə çevrilib.