Bakı, 28 yanvar, AZƏRTAC
“Kapitak Bank” ASC-nin ötən ilin dekabrında start verdiyi “Yeni il” ani stimullaşdırıcı lotereya kampaniyası başa çatıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniya müddətində on mindən artıq insan uduş fonduna daxil olan 0 faiz komissiya, faiz dərəcələrinə 1 faizdən 5 faizədək endirim və tam faizsiz kreditlər qazanıb.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq istəyənlər www.kapitalbank.az saytına, 196 sorğu mərkəzinə və ya qurumun müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.