Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyindən məlumat veriblər. Nazirlikdən verilən məlumata görə, 2001-ci il təvəllüdlü Telli Asif qızı Axranova yanvar ayının 25-də Sumqayıtda 1-ci mikrorayon ərazisində yerləşən mənzildən çıxıb və bir daha geri qayıtmayıb. Nazirlik əməkdaşlarının apardığı əməliyyat-axtarış ədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Telli Asif qızı Axranova Bakıda tapılıb.
15 yaşlı qız polisə ilkin ifadəsində gəzmək üçün Bakı bulvarına gəldiyini, lakin yolu tapa bilmədiyi üçün azdığını, buna görə də evinə də qayıda bilmədiyini bildirib.
Tellinin valideynləri isə ANS PRESS-ə açıqlamasında qızlarının Bakıda qaldığı müddətdə xeyirxah ailələrdən birinin ona sahib çıxaraq öz evlərində saxladığını bildirdilər.
Artıq 15 yaşlı qız ailəsinə təhvil verilib.

Telli Axranova - itkin düşən qız
Sumqayıtdan Bakıya gələn 15 yaşlı Telli yanvar ayının 25-də müəmmalı şəkildə yoxa çıxıb. Valideynləri açıqlamasında bildirmişdi ki, qızlarını evdən çıxandan sonra sonuncu dəfə Bakı Dəmiryol Vağzalının ətrafında görüblər:
"Bizim ailəmiz Rusiyada yaşayır. Sumqayıta qonaq gəlmişdik. Telli evdən çıxan gün ailə üzvlərindən heç kimlə arasında mübahisə baş verməyib. Onun evə qayıtmadığını görüb Sumqayıt şəhərinin 1-ci polis bölməsinə və Bakının Nəsimi rayon Polis İdarəsinə məlumat verilib. Polisin araşdırmaları zamanı qızımızın Bakı-Sumqayıt qatarı ilə paytaxta gəldiyi məlum olub. Telli Rusiyada yaşadığı üçün Azərbaycanda təhsil almayıb".

Telli Axranova - itkin düşən qız