Axşam.az-ın məlumatına görə, sənətçi xalq artisti Aygün Kazımovanın, əməkdar artist Röya Ayxanın və müğənni Nura Surinin stilini bəyəndiyini bildirib:
"Nura doğrudan da cazibədar xanımdır. Onun nazı, gülüşü, tərzi bir-birini tamamlayır. Reytinqli xanıma gəlincə, düşünmədən Röyanın adını çəkə bilərəm. Röyanın mahnı seçimindəki zövqünə də söz ola bilməz. Mənim üçün gözəl xanım Aygün Kazımovadır. Kim nə deyir desin, Aygün xanım bir dənədir, onu kimsə əvəz edə bilməz".
C.Əliyev özü ilə bağlı etiraf da edib. O, subay vaxtında bir müğənniyə aşiq olduğunu deyib:
"2005-ci ildə bir müğənniyə aşiq olmuşdum. Sonradan biləndə ki, bu xanımın şəxsi həyatı xoşagəlməzdir, ondan uzaqlaşdım. Bu ifadəni hər müğənniyə şamil etmirəm. Halal zəhməti ilə pul qazanan nə qədər xanım sənətçimiz var. Amma hörmət naminə adını çəkmək istəmədiyim həmin xanımın şəxsi həyatı yaxşı deyil”.