ADR sədrinin müavini Ellada Məmmədli "Report"a bildirib ki, hərəkatın qeydiyyatla bağlı sənədləri nazirliyə təqdim olunub.
Onun sözlərinə görə, yanvarın 31-də ADR Hərəkatının Ali Məclisinin toplantısı keçiriləcək.
Xatırladaq ki, hərəkat 2015-ci ilin fevralın 21-də təsis edilib. Təsis konfransında Müsavatdan xaric edilən başqanlığa sabiq namizəd Qubad İbadoğlu sədr seçilib. ADR-in dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilsə də, sənədlər geri qaytarılmışdı.