A–
Masallı, 30 yanvar, Bağır Əliyev, AZƏRTAC
Süni qiymət artımının qarşısını almaq məqsədi ilə Masallı şəhərindəki “Xan çinar” ticarət mərkəzinin yaxınlığındakı meydanda ərzaq və kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunmuş yarmarkaya fermerlər və məhsul istehsalçıları tərəfindən 20 tondan çox müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb.
Un, düyü, şirniyyat, meyvə, süd məhsulları, yumurta, balıq, toyuq, ət bazar qiymətlərindən 20-30 faiz aşağı təklif olunub.
Rayon sakinləri yarmarkada satışa çıxarılan məhsulların qiymətlərindən və yaradılmış şəraitdən razılıqlarını bildiriblər.