A–
Bakı, 2 fevral, AZƏRTAC
Yunanıstanın xarici işlər naziri Nikos Kotzias fevralın 2-dən 4-dək Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Nikos Kotziasın fevralın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü keçiriləcək.
Görüşdən sonra birgə mətbuat konfransı təşkil ediləcək.