Dubayın "Daolla Hava Yolları"na aid bir sərnişin təyyarəsində partlayış baş verib.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, təyyarə Somalinin Mogadishu hava limanına təcili eniş edib. Partlayış təyyarə havaya qalxdıqdan beş dəqiqə sonra meydana gəlib. Partlayışdan sonra meydana gələn yanğın nəticəsində 2 nəfər həyatını itirib. Çox sayda yaralının olduğu bildirilir.

İsveçin SVT telekanalının müxbirinin verdiyi məlumata görə, təyyarə eniş edərkən də yanırmış. Təyyarədə 180 sərnişinin olduğu qeyd edilir.

Milli.Az

Növbəti təyyarə qəzası: Ölən və yaralananlar var- FOTO