A–
Bakı, 2 fevral, Xatirə Cəfərova, AZƏRTAC
Fevralın 2-də Azərbaycan Dövlət İqtisad Universitetində BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) içraçı katibi xanım Şamşad Axtarın iştirakı ilə sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada regiondakı hazırki iqtisadi vəziyyətin perspektivləri müzakirə olunub. Müzakirələrdə BMT-nin 2030-cu ilədək dövr üçün Dayanıqlı İnkişaf Gündəliyinin qəbul edildiyi, Azərbaycanın bu sənədi dəstəklədiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Ş.Axtar BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının onuncu icraçı katibi vəzifəsinə 2013-cü ilin dekabrında təyin olunub. O, həmçinin G20 BMT-də təmsilçi kimi iştirak edib. Bundan əvvəl isə Baş Katibliyin İqtisadiyyat və Maliyyə üzrə baş müşaviri, eləcə də İqtisadi İnkişaf üzrə Baş katibin müavini olub. Ş.Axtar 2015-ci ildən BMT-nin inkişaf gündəliyi, müvafiq siyasət və normativ iş, Davamlı Maliyyələşmə Strategiyası sahələrinə dəstək göstərir.
