Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da "Tənzimlənmə oyunu" filminin nümayişi gedir. Süjet qlobal maliyyə böhranından bəhs edir. Filmin rejissoru Adam McKey. Rollarda Finn Vittrok, Bred Pitt, Kristian Beyl, Selena Qomez və Karen Qillan oynayırlar.
Söhbət puldan düşəndə vicdan susur. Söhbət lap böyük pullardan gedərsə!.. Bu, real hadisələrə əsaslanan, bir neçə uzaqgörən haqqında filmdir. Həmin uzaqgörənlər, bir-birlərindən ayrı olaraq 2008-ci ildə baş vermiş dünya iqtisadi böhranını, hələ heç Uoll-stritdə söhbət getməmişdən öncə proqnozlaşdırıblar və beləliklə, həmin proqnozları ilə də qazanmağa başlayıblar. Özləri heç bunu istəmədən.
"CinemaPlus" kinoteatrı hər zaman sizə xoş sürprizlər etməyə və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
"CinemaPlus" Azadlıq prospekti 45 ünvanında, 28Mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema" adını dəyişib. Kinoteatrın yeni adı - "CinemaPlus"dır.
http://cinemaplus.az/ru/news/azrbaycann-premium-kinoteatr-28-cinemann-ad-dyidir/
İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az