Əsaslı təmir və tkintisi bu ilin sonuna planlaşdırılan Bakıdakı dəmiryol vağzalının yeni görüntüləri təqdim olunub.

Bir müddət əvvəl "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov mətbuata açıqladığı kimi, bu ilin sonuna qədər paytaxt sakinlərinə və o cümlədən qonaqların istismarına veriləcək dəmir yolu vağzalının təmirdən sonrakı görüntüləri təqdim olunub.

Milli.Az bildirir ki, əsaslı təmir çərçivəsində stansiyada yeni platformalar yaradılıb, dəmir yolları Avropa standartlarına uyğun təmir olunub. Qatarlardan düşən sərnişinlərin "28 May" metrosu və əks istiqamətdə hərəkət etmələri üçün iki tunel tikilir.

Bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlərin yenisi ilə əvəzlənməsi gözlənilir. Bütün işlərin yekunundan sonra isə sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər.

Vağzalın təmirdən sonrakı vəziyyətini əks etdirən fotoları təqdim edirik.

Ceyhun Ələkbərov

Milli.Az

Avropa standartlarına cavab verən yeni dəmir yolu vağzalımız - FOTO