Bu gün Topaz Premyer Liqasında XX turun oyunları davam etdiriləcək. Fanat.az xəbər verir ki, ikinci oyun günündə 2 matç baş tutacaq.

Əvvəlcə "Sumqayıt"la "Zirə" meydana çıxacaq. Saat 15.00-da başlayacaq matçı Ömər Paşayev idarə edəcək. Komandalar arasında bu mövsüm baş tutan ilk oyunda hesab açılmayıb (0:0), ikinci qarşılaşmada "Zirə" qələbə qazanıb (3:2).

Günün ikinci oyununda "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi görüş saat 17.30-da start götürəcək. "Qarabağ" Premyer Liqadakı son 4 oyununda qələbə qazana bilməymib. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə XV turda "İnter"i udub (1:0).

Qeyd edək ki, turun ilk oyununda "Neftçi" və "Rəvan" qarşılaşıb (1:1). Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
III dövrə, XX tur

6 fevral
Sumqayıt - Zirə
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Vüsal Əliyev.
“Kapital Bank Arena”. Saat 15.00.

Qarabağ - Xəzər Lənkəran
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Kərim Ağayev.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 17.30.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

19

11

5

3

28-13

38

2

Zirə

19

8

8

3

18-14

32

3

İnter

19

8

6

5

19-14

30

4

Kəpəz

19

7

8

4

22-17

29

5

Qəbələ

19

7

7

5

24-16

28

6

Neftçi

20

7

7

6

21-19

28

7

AZAL

19

7

4

8

12-17

25

8

Sumqayıt

19

3

9

7

23-29

18

9

Xəzər Lənkəran

19

3

4

12

10-24

13

10

Rəvan

20

2

8

10

13-27

8

Bombardirlər

Riçard Almeyda (Qarabağ), Ruslan Qurbanov (Neftçi) - 7. Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ) - 6.


Fanat.az