Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın boksçusu Fariz Məmmədov ölkənin peşəkar boks tarixində ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxıb. "Report"un məlumatına görə, rəqib Uqanda təmsilçisi Badru Lusambia olub. Azərbaycanın boksçusu bu döyüşdə inamlı qələbə qazanıb. B.Lusambia bugünədək keçirdiyi 28 döyüşün 2-də məğlub olub və 22-ni vaxtından əvvəl başa vurub. F.Məmmədov isə 21 döyüşün 18-də qələbə qazanıb.