Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbasov Abbasın cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Rauf əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Abbasov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, A.Abbasov dələduzluqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.