Müğənni Manaf Ağayev Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.
Milli.Az xəbər verir ki, tanınmış ifaçı haqqındakı tənqidləri cavablandırıb:
"Götürüb yazıblar ki, Manaf Ağayev deyir ki, "Vatsap"da şəkli olan qızı oğluma almaram. O sözü mənə göstərin, Azərbaycanı tərk edərəm. Elə söz deməmişəm. Hamı məni tanıyır, bilir ki, mən necə oğlanam, necə ailə başçısıyam. Mənim bütün ətrafım "Vatsap"dadır. Mən demişəm ki, internetlə ərə gedənlərə yaxşı baxmıram. İndiki cavanlar təəssüflər olsun ki, internetdə tanış olurlar, bir-birilərinə şəkil göndərirlər, bir də baxırsan ki, ailə qurublar. Nə nəsil var, nə kök var. Mən buna yaxşı baxmıram. Bu, mənim fikrimdir. Sən istəyirsən, internetlə ərə get. Yaxud küçədə qabağına çıxana qoşul get. O sənin fikrindir, bu da mənim. Əcəb eləyib demişəm. Səhv də etməmişəm, eləmərəm də, mənim o vaxtım deyil".
Sevilən müğənni tamaşaçılara müraciət etdi:
"Bir sözdən tutmasınlar. Yaxşımızı heç danışmırlar. Nə qədər gözəl oxuyursan oxu, xeyri yoxdur. Bir dənə sözü güdürlər. Məsələn, Aygün Kazımova. O boyda konsertlər verdi, işlər gördü, heç biri gündəmə gəlmir. Amma bir kəlmə ilə vurdu-partlatdı".
Sənətçi oğlu ilə münasibətlərindən də danışıb:
"Oğlum hər mövzuda mənimlə məsləhətləşir. İşə gedirsə, bilməliyəm hara gedir. Dostluq elədiyi adamı tanımalıyam, bilməliyəm ki, o, kimin oğludur. Bəlkə, oğlumu yoldan çıxarmaq istəyirlər. Kimisə sevirsə, bilməliyəm ki, sevdiyi qız hansı nəsildəndir. O elə bir övladdır ki, məsləhətsiz nəsə edən deyil".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


