9 pilləli Honda CR-V - FOTO

9 pilləli Honda CR-V - FOTO
11:32 31 Dekabr 2014
120 Digər
Ölkə mətbuatı
A- A+



Honda şirkəti Avropa bazarı üçün yenilənmiş CR-V krossoveri təqdim edib. Yeni avtomobilin xarici görünüşündə dəyişiklik çox deyil: yenilənmiş optika, bamperlər, radiator barmaqlığı və işıqdiod fənərlər.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, daxildə 7 düym sensor ekranlı Honda Connect yeni multimedia sistemi quraşdırılıb. Kompleksin əsas fərqləndirici cəhəti onun mobil telefonla tam sinxronlaşma imkanının olmasıdır. Bu o deməkdir ki, sistemin ekranına smartfondan şəkillər çıxarmaq, həmçinin internet və naviqasiyadan istifadə etmək mümkün olacaq.
 
Texniki cəhətdən avtomobildə dəyişiklik daha çoxdur. Belə ki, Avropa üçün CR-V 9 pilləli avtomat ötürücü qutu əldə edib. Bundan başqa populyar krossoveri yeni 1,6 litrlik turbodizel mühərriklə əldə etmək mümkün olacaq. Versiyadan asılı olaraq aqreqat 120 və ya 150 a.g. hasil edəcək. 2,0 litrlik benzin mühərrikinin gücü 155 at gücünə çatdırılıb.
 
Yeni krossoverin ictimai debütü 2015-ci lin martında Cenevrə avtosalonunda nəzərdə tutulub.
 
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/avto/316774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR