A–
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında teatrın solisti, Əməkdar Artist Cahangir Qurbanovun “İki canda bir ürək” adlı solo konserti keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iki hissədən ibarət olan konsertdə ifaçını Xalq Artisti, professor Cavanşir Cəfərovun bədii rəhbərliyi ilə teatrın simfonik orkestri və instrumental qrupu müşayiət edəcək. Konsertdə klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus musiqilər, həmçinin Azərbaycan bəstəkarlarının vokal janrda qələmə aldığı əsərlər səsləndiriləcək.
Konsertdə Opera və Balet Teatrının solistləri – Xalq Artisti Fidan Hacıyeva və Əməkdar Artist Fərid Əliyev də Cahagir Qurbanovla eyni səhnəni bölüşəcək, birlikdə duet ifa edəcəklər.