ATVxəbər.az-a açıqlama verən xalq artisti həyat yoldaşı ilə birgə romantik gün yaşayacaqlarını açıqlayıb: "Bu gün Şəkiyə yola düşürük. Sevgilimin ad günüdür. Ona simvolik bir hədiyyə almışam, amma bu, sirr qalsın. Sevgilim istəyir, bütün gün yanında olum, ən özəl günlərini də vaxt tapan kimi mənimlə keçirməyi xoşlayır. İndi də uşaqları qoyub, Şəkiyə gedirik, ikimiz bu günü qeyd edəcəyik. Bu gün həm bizim sevgililər günümüz, həm də ki, sevgilimin, həyat yoldaşımın ad günüdür".
Milli.Az