Deputat çıxışında ölkədə fəaəliyyət göstərən bələdiyyə sədrləri və üzvlərinin sayının çox olduğunu və bunun azaldılmasının vacibliyindən danışıb. O, bələdiyyələrlə bağlı qanunvericilikdə ciddi dəyişiklik edilməsini də təklif edib.
S.Novruzov misal olaraq kimi Yasamal rayonunu göstərib: "Bu rayondan 3 deputat, 19 bələdiyyə sədri seçilir. Bu qədər bələdiyyə nəyə lazımdır?! Belə olan halda onların hamısı torpaq sahəsi və əmək haqqı tələb edir. Ona görə də bələdiyyə üzvlərinin sayı minimum 1, maksimum 9-dək azaldılmalıdır. Elə kəndlər var ki, bələdiyyə üzvü seçməyə adam tapa bilmirlər. Bəzən 200 əhalisi olan kəndə 5 bələdiyyə üzvü seçilir. Məsələ diqqətdə saxlanılmalıdır".