İtaliya millisinin və "Yuventus"un qapıçısı Canluici Buffon futbol tarixinin ən yaxşı qapıçısı seçilib.
Milli.Az apasport.az-a istinadən bildirir ki, Fransanın dünyaca məşhur "France Football" jurnalı tarixin ən yaxşı qapıçısını seçmək üçün oxucuları arasında müsabiqə elan edib.
Sorğuya qatılan izləyicilərin 44%-i hazırda fəal futbolçu karyerasını davam etdirən Buffona üstünlük veriblər.
Fransız futbolsevərlərin fikrincə, tarixin ən yaxşı ikinci qapıçısı isə Fabien Bartesdir. "Mançester Yunayted"in və Fransa milli komandasının keçmiş "çərçivə qoruyucusu" 17% səs toplayıb.
Qızıl topun sahibi olan yeganə qapıçı Lev Yaşin isə bu sorğuda Oliver Kanla birlikdə 3-cü 4-cü yerləri bölüşdürüblər. Onlara 7% azarkeş səs verib.
"Porto"nun və İspaniya millisinin qapıçısı İker Kasilyas və Manuel Noyer (Almaniya və "Bavariya") isə 6%-in etimadını qazanıblar.
Hollandiyalı Edvin van Der Sar 3%, Dino Zoff (İtaliya) və Peter Şmeyhel (Danimarka) isə 2%-də qalıblar.
Sorğuda iştirak edən ümumi azarkeşlərin 1%-i isə öz seçimlərini Peter Çex, Zepp Mayer, Qordon Benks və Rikardo Samoranın xeyrinə ediblər.
Milli.Az