Uzun müddətdir küsülü olan müğənni Ayan Babakişiyeva ilə Aysel Əlizadə barışıb.

Axşam.az-ın məlumatına görə, ifaçılar birlikdə "5/5" verilişinə qatılıb.

A.Əlizadə onları Ayanın qızı Selenanın yaxınlaşdırdığını deyib.

"Hamının hər cür problemi ola bilər. Bunu böyütmək lazım deyil" deyə, A.Babakişiyeva bildirib.

Qeyd edək ki, sənətçilər arasındakı qalmaqal “Ay Zaur” verilişinin çəkilişi zamanı başlamışdı. Babakişiyeva proqramın Gəncədə baş tutan çəkilişinə Ayseli dəvət etmiş, o isə gəlməmişdi.