O, Kriştianu Ronaldonu geridə qoydu

O, Kriştianu Ronaldonu geridə qoydu
15:12 31 Dekabr 2014
156 İdman
Ölkə mətbuatı
A- A+

İdman Jurnalistləri Beynəlxalq Assosiasiyası ilin idmançısını seçib.
Milli.Az apasport.az-a istinadən bildirir ki, sorğuda dünyanın 91 ölkəsinin mətbuat və media nümayəndələri iştirak edib.
 
Həmkərlarımızın 14,84% səsini toplayan Almaniya və “Bavariya”nın qapıçısı Manuel Noyer 2014-cü ilin ən yaxşı idmançısı adını qazanıb. Təcrübəli qolkiperdən 1.58% (13,26%) az səsə malik olan isveçrəli məşhur tennisçi Rocer Federer 2-ci pillədə qərarlaşıb. Portuqaliya və “Real”ın hücumçusu Kriştianu Ronaldo isə 12,79%-lə 3-cü yerə çıxıb.
 
Qadınlar arasında isə amerikalı tennisçi Serena Uilyams (21,43%) ilin ən yaxşı idmançısı kimi tanınıb.
 
İlin ən yaxşı komandası DÇ-2014-ün qalibi adını qazanan Almaniya yığması olub - 39,36%. “Real” (12,55%) və İsveçrə tennis millisi (7,81%) isə növbəti yerləri bölüşüblər.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/55020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR