Ebola qorxusuna görә xəstəxanaya getmirlər

Ebola qorxusuna görә xəstəxanaya getmirlər
15:17 31 Dekabr 2014
88 Dünya
Ölkə mətbuatı
A- A+

Ebola virusu aşkarlananların sayı 20 mini ötüb.
 
Milli.Az TRT-yə istinadən bildirir ki, Dünya Sahiyyə Təşkilatı nümayəndəsi Tarik Jasarevic, "Ebola epidemiyasının təsiri altındakı Qərbi Afrika ölkələrində, insanlar, Ebola virusuna yoluxma qorxusuyla, xəstəxanalarda müalicә qәbul etmirlәr" deyib.
 
Ebola epidemiyası səbəbiylə minlərlə adamın öldüyü Qvineya, Liberiya və Sierra Leoneda səhiyyə sistemlərinin də ciddi şəkildə təsirləndiyinә diqqəti çəkən Jasarevic, epidemiyadan ən ağır şəkildə təsirlənən bu ölkələrdə bir çox sahhiyyə mərkəzinin xidmәt çatdırmadığını deyib.
 
Qeyd edək ki Afrikada təxminən 20 min adamda Ebola virusu aşkarlanıb. Xәstәlikdәn ölənlərin sayı isə 7 min 699-a çatıb.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/56018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR