Azərbaycandan İrana zinət əşyalarını gizlincə keçirmək istəyən şəxs saxlanılıb.

Milli.Az bildirir ki, Dövlət Gömrük Komitəsindən lent.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azər İslamzadə Azərbaycandan İrana getmək üçün gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb

Şəxsi yoxlama zamanı A.İslamzadənin üzərində gömrük nəzarətindən gizlədilmiş, xalis çəkisi 136,9 qram olan 2 dəst sırğa-üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq və 16 ədəd üzük aşkar edilərək götürülüb.

Milli.Az