"Övlad var, öz istədiyini alır. Övlad da var, atayla məsləhətləşir. Mənim uşaqlarım da hər şeyi mənimlə məsləhətləşirlər".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Manaf Ağayev "Bizimləsən" verilişində deyib. O, oğullarını evləndirə bilməməsindən bəhs edib:

"Heç vaxt uşaqlarımın sevdikləri olmayıb. Həmişə başları oxumağa qarışıb. Gəlib desələr ki, filan qızdan xoşum gəlir, mən maraqlanaram".

M.Ağayev xanımı qaçırtmasından da bəhs edib:

"Ailə qurduğum xanımı qaçırtmışam. Evlərinə neçə dəfə elçi getmişik, valideynləri verməyiblər. Atamın icazəsini alıb qaçırtdım. İndi xoşbəxt ailəmiz var".

Milli.Az