Məşhurluq, şıqlıq, qlamur, milyonlarla pul...
40 il əvvəl qapılarını açmış "Studio 54" hələ də ABŞ ilə yanaşı, dünyanın ən məşhur diskotekası sayılır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, tanınmış isveçli fotoqraf Hasse Persson Nyu-Yorkda yerləşən bu diskotekada çəkdiyi fotolardan ibarət "Məşhur diskotekanın erotik həyatı" adlı seriya hazırlayıb.
Fotolarda diskotekanın tanınmış müştəriləri, o cümlədən Endi Uorholl, Byanka Caqqer, Maykl Cekson, Cerri Holl, Debbi Harri, Qreys Cons, Kelvin Klayn, Elton Con, Con Travolta, Bruk Şilds, Tina Törner, Truman Kapote və başqaları da əks olunublar.
Milli.Az










