A+
A–

Tbilisi, 19 fevral, AZƏRTAC
Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Canelidze Tbilisidə keçirilən görüşdən sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə maraqlanıblar.
Nazirlər bu məqsədlə fevralın 19-da Gürcüstanın Kartsax məntəqəsində olublar. Xarici siyasət idarələrinin rəhbərlərinə görülən işlərlə bağlı məlumat verilib.
Sonra hər üç nazir qatarla Gürcüstan ərazisindən Türkiyəyə keçiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
AZERTAG.AZ :Xarici işlər nazirləri Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə maraqlanıblar
Xarici işlər nazirləri Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə maraqlanıblar