A+
A–

Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, yığıncaqda İttifaqın üzvü olan məhkəmə hakimləri iştirak ediblər.
Tədbiri açan İttifaqın və Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının illik hesabatı ilə bağlı məruzə ilə çıxış edib. Ə.Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafından, bütün sahələrdə qazanılan uğurlardan danışıb, ədliyyə orqanlarının inkişafına və məhkəmə sisteminin müasirləşməsinə xidmət edən mütərəqqi islahatlardan bəhs edib. Natiq ədliyyə naziri Fikrət Məmmədovun sədrlik etdiyi Məhkəmə-Hüquq Şurasının ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı səmərəli fəaliyyətini xüsusi vurğulayıb. Həmçinin məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə görülən işlər, o cümlədən ən müasir tələblərə cavab verən yeni məhkəmə binalarının tikilib istifadəyə verilməsi, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, hakimlərin iş şəraitinin yaxşılaşdırılması və digər mütərəqqi tədbirlər nəticəsində ölkəmizin beynəlxalq hüquq əməkdaşlığı sahəsində etibarlı və nümunəvi tərəfdaşa çevrildiyi vurğulanıb.
İttifaqın sədr müavini, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi çıxışında bildirib ki, məhkəmə-hüquq sahəsində infrastrukturun müasirləşdirilməsi, yeni regional məhkəmələrin formalaşdırılması, habelə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələləri ötən il də diqqət mərkəzində saxlanılıb. Bütün bunlar bir əsas məqsədə – cəmiyyətdə məhkəmə hakimiyyətinə olan inamı artırmağa, ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini yüksəltməyə xidmət edib.
Tədbirdə məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr aparılıb.
AZERTAG.AZ :Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilir
Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilir
Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilir
Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilir
Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilir