Filippində naməlum şəxslər karnaval zamanı izdiham içinə qumbara atıb, bir uşaq ölüb
Paylaş
36 baxış·1 dəq oxu
Bakı. 22 fevral. REPORT.AZ/ Filippində motosikletli naməlum şəxslər insan izdihamının yaşandığı yerə qumbara atıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Esparansa şəhərində keçirilən karnaval zamanı baş verib. İnsident nəticəsində 6 yaşlı bir uşaq ölüb, daha 38 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin kritik olduğu xəbər verilir. Polis olayla bağlı araşdırmalara başlayıb.