Əməkdar artist Nüşabə Ələsgərli makiyajsız halda kamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, “Region TV”-də yayımlanan “Şou məkan” verilişinə açıqlama verən müğənni kompleksiz olduğunu deyib:

“Əsl görkəmim budur. Məni bəyənən belə bəyənib. Tamam makiyajsızam, əl-üzümü yuyub gəlmişəm. Əvvəllər kompleksim var idi, indi qətiyyən yoxdur. Üz-gözümüz qırışsa da, qocalsaq da, bu, həyatdır. Üzümüzdəki qırışların öz gözəlliyi var”.

N.Ələsgərli özünə necə qulluq etməsindən də danışıb:

“10-15 il əvvəl 95-100 kiloqram çəkim var idi. İndi gənc yaşlarımdakı kimi 67 kiloyam. Gərək özünə baxasan. Məsələn, gözümün altında həmişə qaraltı olub, indi bir az düzəltdirmişəm, ora öz piyimdən doldurtmuşam. Qaşım öz qaşımdır, tatu etdirməmişəm”.

Müğənni estetik əməliyyat keçirən kişi həmkarlarına isə etiraz edib:

“Botoks etdirən, ora-burasına yağ dolduran kişiləri bəyənmirəm”.

"Makiyajsızam, əl-üzümü yuyub gəlmişəm" - fotolar

"Makiyajsızam, əl-üzümü yuyub gəlmişəm" - fotolar